Yasamalda şəhidimiz anıldı

Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib/

2020-ci ilin Vətən Müharibəsinin şəhidləri Taleh Yusifov və İsmayıl Qasımov şəhadətlərinin ildönümündə Yasamal rayonu ictimaiyyəti tərəfindən məzarları önündə yad ediliblər. II Fəxri Xiyabandakı mərasimdə dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin keçdiyi şərəfli döyüş yolundan söz açılıb.Taleh Yusifov müharibədə göstərdiyi sücaətə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İsmayıl Qasımov da “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.İl mərasimində iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin yaxınlarına başsağlığı verdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmadı və biz 30 ildən sonra doğma torpaqlarımıza geri döndük. Elşad Həsənov bu tarixi zəfərə görə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və əzminə, şəhid və qazilərimizin sücaət və cəsarətinə borclu olduğumuzu vurğuladı.Mərasimdə çıxış edən şəhid yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Milli Məclisin deputatları Ülvi Quliyev,Elnur Allahverdiyev, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.