Yaşıllaşdırma Təsərrüfatı Birliyi Nərimanovda yaşıl soyqırıma başladı.

 

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı  Elgin Həbibullayev Yaşıllaşdırma Təsərrüfat Birliyi iıə birgə kütləvi  yaşıllıq soyqırımına başlayıb.

 

XALQ.AZ-a daxil olan məlumata görə Nərimanov İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev “makler”liyə başlayıb.
Məlumata əsasən “Şirvanşan Rezidens”  MTK Nərimanov rayon İsmayıl Hidayətzadə küçəsi 37A ünvanda tikinti apardığına görə çox illik ağacları kəsdirib. Ekoloji soyqırıma Elgin Həbibullayevin şərait yaratdığı iddia olunur. Sakinlərin bildirdiyinə görə 40 illik ağaclar əraziyə sərinlk və kölgə salırdılar. Köküstə yaş bioloji inkişafda olan Safora və Şam ağacları tikinti aparıldığı üçün gecə ilə kəsilib.

Ağacların kəsilməsi ilə bağlı MTK-dan ağacların təhlükəli vəziyyətdə olduğunu və Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilərək ərazidən aparıldığını bildirdilər.
Maraqlıdır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər il minlərlə ağac əkdiyi Bakı şəhərində Bakı şəhər İcra Hakimiyyətin tabeli qurumu nə yaşıllıq qəniminə çevrilib?

Məsələ ilə bağlı araşdırma zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyinin olmadığı müəyyən olundu.

Qeyd edək ki, “Şirvanşan Rezidens”  MTK  tərəfindən ötən ildə tikinti aparılan ərazidə  20-ə yaxın ağac kəsilib . “Şirvanşan Rezidens”  MTK-a barəsində Prokurorluqda cinayət işi başlanılaraq istintaq aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib və yaşıllığa dəymiş ziyan ekoloji fonda ödənib.

Məlumata əsasən “Şirvanşan Rezidens”  MTK-ağacların kəsilməsi üçün Eldar Əzizovun kadr olan Nərimanov İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev şərait yaradıb