Yaşlı adam dənizə düşdü

Deniz

Suriyalı gənc Qalata körpüsündən dənizə yıxılan yaşlı adamı son anda ölümdən qurtarıb.

Xalq.az-ın verdiyi məlumata görə, həmin anları bir vətəndaş cib telefonu ilə lentə alıb.

Hadisə Qalata körpüsünün Karaköy tərəfində baş verib. Günorta saatlarında adı bəlli olmayan bir adam körpü üstünə çıxdıqdan sonra dənizə yıxılıb.

Qalata körpüsünün altında qarson olaraq çalışan Suriya vətəndaşı Rabia Rahmun adamın çırpındığını görər-görməz, dənizə atılıb. Rahmun çırpınan adamı qolundan tutaraq xilas etməyi bacarıb.

Hadisə yerinə gələn Dəniz Polisi yaşlı adama, ilkin tibi yardım göstərdikdən sonra onu təcili yardım ilə xəstəxanaya aparıb.