Bərdədə yanğın: 5 nəfər xəsarət aldı

Yangin-1

Bərdədə yanğın hadisəsi baş verib. Rayonun Kətəlparaq kənd sakini Həsrət Qurbanovun evində baş verən yanğın nəticəsində 5 nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xalq.az-ın verdiyi məlumata görə, hadisə yerinə gələn Bərdə Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları yanğına müdaxilə edib.

Qeyd edək ki, yaralılar arasında azyaşlı da var. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan Həsrət və Coşqun Qurbanovların vəziyyəti ağır olduğundan dərhal paytaxta yola salınıb.

Qurbanovların yaxınlarından aldığımız məlumata görə, yanğın elektrik naqillərindəki qisaqapanma nəticəsində baş verib. FHN-nin Bərdə Yanğından Mühafizə hissəsindən verilən məlumata görə, hazırda yanğının dəqiq baş vermə səbəbi araşdırılır.