Azərbaycanda avtobus aşdı

Avtobus

Bakı-Rusiya yolunun 188-ci kilometrliyində, Qusar rayonunun Lanqu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Xalq.az-ın verdiyi məlumata görə,1962-ci il təvəllüdlü Gəncə şəhər sakini Əliyev İlqarın idarə etdiyi “Mercedes” markalı avtobus aşıb.

Sürücünün bildirdiyinə görə, avtobusun qarşısına cixan avtomobil qəzanın baş verməsinə səbəb olub. Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hadisə yerinə gələn təcili yardım iki nəfərə yardım göstərib.

Yol nəqliyyat qəzası ilə bağlı BDYP-də istintaq başlanib. İlkin ehtimallara görə, qəza avtobus sürücüsünün günahı üzündən baş verib.