Yataqda qadınla idi

 

16

Artıq bir neçə ildir ki, sevdiyim şəxslə münasibətimiz var Hər ikimiz Avropada oxumuş ali savadlı insanlarıq, yəni belə şeylərə tam normal baxırıq. Avropada oxuduğum vaxtlar bəkarətimi qorumuşdum və onu həyatımdan çox sevdiyim insana hədiyyə etməyimə heç də peşman deyiləm. O, mənim həyatımda ilk və tək kişi idi, fikrimiz ailə həyatı qurmaq idi, hətta məni onun bütün qohumları tanıyırdı, ailə məclislərinə belə bir yerdə gedirdik.Son bir neçə ayda münasibətlərimizdə problemlər yaşamağa başladıq və 3 həftə öncə ayrıldıq.Bir neçə dəfə belə ayrılmışdıq, lakin bir-birimizdən 1 gündən artıq ayrı qala bilmirdik, hər şeyi unudub barışırdıq. Lakin bu dəfə hər ikimiz ciddi qərar verdik.Ayrılmağımızın 3 həftəsində ( yəni 2 gün öncə ) məndə gecikmə olduğuna görə kolleqalarıma müraciət eləməli oldum. USM 6 həftəlik hamiləlik olduğunu göstərdi. İlk öncə çox sevindim və bunun ayrrılmamağımıza bir işarə olduğunu zənn etdim.Şad xəbəri göz-gözə demək üçün evinə getdim və onu bir qadınla gördüm, heç bir şey demədim, çox qürurlu olduğumdan onun mənə yalnız uşağa görə qayıtmasını qəbul edə bilməzdim.Bu uşağı dünyaya gətirrmək istəyirəm.Lakin ziyalı və hörmətli bir ailədən olduğum üçün bunu ailəmə yaşada bilmərəm. Uzun zamandır sirdaşım olan və məni uzun illərdir sevən bir insan var ətrafımda. Lakin mən ona yalnız və yalnız dost və qardaş gözüylə baxmışam.Olanları ona danışdım . O isə mənə yaxın zamanda evlənməyi və bu uşağa atalıq etməyi təklif etdi. Düzdür, bu uşağı həyatımdan belə çox istəyirəm, lakin sirdaşıma bunları yaşatmağa haqqım varmı? Həm özümə, həm də ona ədalətsizlik eləmiş olmaram ki ?! Bilirəm ki, heç vaxt onun qadını ola bilməyəcəyəm.Bunu o özü də gözəl bilir, onu necə məhkum edə bilərəm?