Yeni səfirlik yaradılır

 

74

Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyi açılacaq.

Xalq.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin açılması haqqında” qanun layihəsi müzakirə olunub.

İclasda həmçinin Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirə olunub. Belə ki, dəyişikliyə görə ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası “İctimai iştirakçılıq haqqında” qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanun layihəsində o da bildirilir ki, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur.

Eyni zamanda sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasınının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin iştirakçılarına məlumat verir. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.