Yeniyetmə qız özünü qatarın altına atdı

Koroglu metrosu

 

Xalq.az xəbər verir ki, bu gün Bakı metrosunda dəhşətli hadisə baş verib. Məlumata görə, metronun “Koroğlu” stansiyasında 14-15 yaşlı yeniyetmə qız özünü qatarın altına atıb. Qatar qızı vurduqdan sonra dayanıb. Yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Xalq.az-ın əldə etdiyi məlumata görə, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralı 14 yaşlı Rzaxanova Fidan Arif qızıdır. Yeniyetmə qız başından ağır xəsarət alıb.

Onun intihar məqsədi ilə və ya bədbəxt hadisə nəticəsində relslərin üstünə düşməsi təhlükəsizlik və müşahidə kameralarına baxış keçirildikdən sonra müəyyənləşəcək