Yeniyetmələr Bakıda rinqə çıxdılar

Rinq

Bakıda təşkil edilən taekvondo üzrə yeniyetmələr arasında keçirilən birinci dünya çempionatının sonuncu günüdür.

XALQ.AZ-ın məlumatına görə, turnirin dördüncü günündə oğlanlar arasında 65, 61, qızların mübarizəsində isə 59 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Azərbaycan komandasının üzvü İkram Hüseynov (61 kq) ilk görüşdə Ahmad Alxatibə (İordaniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Lakin o, dörddəbir finalda Lusi Osorioya (Meksika) məğlub olub.

Turnirdə 65 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Orxan Tağızadə isə ilk görüşdə qazaxıstanlı Nartay Urazbayevə uduzub.

Mehdi Tağıyev (65 kq-dan aşağı) belaruslu Yevgeni Zabrotskiyə 3 xalla (qızıl xal) qalib gələrək növbəti mərhələyə adlayıb. O, dörddəbir finalda danimarkalı Vassim El-Jilali ilə qarşılaşacaq.

Milli Gimnastika Arenasında 4 gün davam edən çempionatda 65-ə yaxın ölkədən 600-dək idmançı birincilik uğrunda mübarizəyə qoşulub.