“Yevlaxlı Alik” dəfn olunub

Alik

Xərçəng xəstəliyindən əziyyət çəkən ömürlük məhbus “Yevlaxlı Alik” ləqəbli Məmmədov Əli Vəli oğlu Yevlaxda “Dəvəçilər” qəbirstanlığında valideynlərinin yanında dəfn olunub.

“Yevlaxlı Alik”in qohumlarının verdiyi məlumata görə, Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan ömürlük məhbus müalicə aldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində yatdığı yerdə keçinib.

Qırtlaq nahiyəsində bədxassəli şişdən əziyyət çəkən məhbus iyulun 12-də dünyasını dəyişib.

Xatırladaq ki, 53 yaşlı “Yevlaxlı Alik” 2001-ci il mayın 18-də həbs olunmuşdu.