Yunanıstana qaçarkən saxlanıldılar

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən 8-i FETÖ üzvü olan 9 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, FETÖ terror təşkilatı ilə sərhədlərdə mübarizə davam edir:
“Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 9 nəfər sərhəd bölmələrimiz tərəfindən saxlanılıb. Tutulan şəxslərdən 8-nin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib. Sərhəddə terrorla mübarizəmiz davam edir”.