Zəfərimizlə Azərbaycan xalqının böyük xalq olduğunu sübut etdik

“Bir il öncə, sentyabrın 27-də Qurtuluş savaşı Azərbaycan tarixinin bir şanlı səhifəsi kimi dünya tarixinə düşüdü. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən müasir hərb texnikaları ilə görünməmiş misilsiz qəhərəmanlıq dastanı yazdılar. Azərbaycan ordusu 44 gün ərzində düşəmənin alınmaz qala çevirmək istədiyi ərazilərimizı erməni faşistlərindən təmizləyərək ağır məğlubiyyətə düçar edib, kapitulyasiyaya vadar edib, ərazi bütövlüyümüzü bərpa etdi. Bu möhtəşəm Qələbə tarixə bir qalib xalqın qəhrəman Ordusu kimi düşəcək. Gələcək nəsillər bu şərəfli tarixlə qurur duyacaq”.

Bunu açıqlamasında deputat Kamran Bayramov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı işğalla barışmayıb ötən müddətd ərzində buna hazırlaşdı. “Cənab Prezidentin  uzaqgörən, müdrik, hədəflə xidmət edən siyasəti nəticəsində bütün gücümüzü səfərbər edib. İqtisadiyyatı və ordumuzu gücləndirdik, ölkəmizin nüfuzunu qaldırıb, nəticədə üzərimizə düşən öz tarixi missiyamızı şərəflə yerinə yetirib, qalib gəldik. Düşməni torpaqlarımızdan qovub, ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla belə  uzun illər ərzində sınan milli qürurumuz, ləyaqətimizi bərpa etmək üşün müqəddəs bir savaşa çıxdıq  və bu savaşda qələbə qazandıq. Azərbaycan bundan sonra da bir müzəffər xalq və  qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan Prezidenının liderliyi bə yorulmaz fəaliyyəti nəticəsində  xalqımız, dövlətimiz və ordumuz tarixə qalib ölkə, xalq və ordu kimi düşdü”- deputat qeyd edib.

Deputat əlavə edib ki, bununla da bütün dünyaya  Azərbaycan xalqının böyük xalq olduğunu sübut etdik: “Bunu Azərbaycan xalqı öz həmrəyliyi, birliyi. əzmkarlığı, ölümün gözünə dik baxaraq qan tökərək  qazandıq”. 

O bildirib ki, müharibəni hərbi-siyasi yolla həll edib, öz ərazi bütövlüyünü bərpa edib: “Artıq Dağlıq Qarabağ münaqişəsi də tarixə qovuşdu. Cənab Prezidentin də bəyan etdiyi kimi artıq   nə belə bir münaqişə var, nə də Azərbaycanda  “Dağlıq Qarabağ” adlı inzibati ərazi… Cənab Prezident dəfələrlərlə Azərbaycanın məsələ ilə bağlı mövqeyini  bəyan edərək deyib ki,  əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın və Azərbaycan da onu tanımağa hazırdır. Amma Azərbaycan ərazisində bu bir daha mümkün olmayacaq.  Bunu həm ermənilər, həm də onların havadarları birdəfəlik anlamlıdır. Belə bir cəhdlərə imkan verilməyəcək. Belə  cəhdlər var, ancaq ona cavab olaraq “Dəmir yumruq” da yerindədir. “Dəmir yumruq” isə hər zaman  düşmənin başını əzməyə hazır vəziyətdədir. Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! Azərbaycanın hansı qüdrətə sahib olduğunu artıq hamı bilir. Çünki 44 günlük Zəfər qələbəsində sonra istər bölgədə, istərsə də Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf  məhz  Azərbaycandır. 

Odru ki, Anım Günündə bizə bu qələbəni  yaşadıb, qəhrəmanlıq dastanı yazan şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”