Zənginlər üçün yenilik

85

 

Qeydiyyatdan keçmək üçün böyük məbləğdə pul yatırmaq lazımdır.

İnternetdə məxsusi olaraq zəngin insanlar üçün nəzərdə tutulmuş sosial şəbəkə sürətlə populyarlıq qazanmağa başlayıb.

XALQ.AZ NTV-yə istinadən xəbər verir ki, Netropolitan platforması çətin ki, Facebook və ya İnstagram kimi milyonlarla istifadəçisi ilə fəxr edə bilsin.

Onun yaradıcıları əmindirlər ki, məhz servisin elitarlığı onlara uğur, ən əsası isə gəlir gətirəcək. Çünki Netropolitana yalnız 9 min dollar ödəyərək qoşulmaq olar. Sonra isə istifadə üçün ilə 3 min ödəmək gərəkəcək.

Bu cəmiyyətin yaradıcılarının sözlərinə görə, sosial şəbəkəyə giriş haqqının yüksək olması zəhlətökən veb reklamdan yaxa qurtaracaq. İkincisi isə varlı insanlar bir-biri ilə ünsiyyət quracaq, daha “Facebook-dakı kasıblarla” yox.

Qeydiyyat qiyməti barədə bəziləri 9 minin az olduğunu, hətta sözün əsl mənasında “varlı insanlar üçün servis açmaq olar” deyə rəy bildiriblər.