Zərdabın icra başçısı müəllimlərin maaşını kəsdi

Zerdab

3 saylı orta məktəbin kollektivi isə Lütfəli Babayevə müraciət yollayıb: “Əgər bununla yaranız sağalacaqsa, nümayəndənizi tez-tez göndərin”

Adı son günlər bir sıra qalmaqallara qarışmış Zərdabın icra başçısı Lütfəli Babayevin daha bir hərəkətindən şikayət üzə çıxıb. XALQ.AZ xəbər verir ki, bu dəfə qalmaqala səbəb Zərdab şəhər 3 saylı orta məktəbin kollektivinin yaydığı müraciətdir.

XALQ.AZ xəbər verir ki, həmin müraciəti Muxtar Əlizadə adlı şəxs paylaşıb. Müraciətdə deyilir ki, avqustun 22-də kollektivin əksər üzvləri saat 09:00-dan 11:45-dək iş yerində olublar. “Lakin havaların kəskin isti keşməsi, ən əsası isə məktəbin işməli su təminatı olmadığıdan iş yerini tərk etmək məcburiyyətində qalmışıq. Saat 12:00-da icra başçısının gömdərdiyi nümayəndələr vəziyyəti araşdırmadan RİH-nə qeyri-dəqiq məlumat çatdırıblar”.

Qeyd edək ki, icra başçısının göstərişinə əsasən Zərdabın 3 saylı orta məktəbində dərs deyən müəllimlərin maaşlarının tutulması qərara alınıb. “2013-2014-cü dərs ili ərzində dəfələrlə dərs vaxtı RİH-nin keçirdiyi tədbirlərdə iştirak etmişik və bu zaman dərslər keçirilməmişdir. Bəs bunu kimin vicdanına yazaq? İndi dərs olmadığı halda əmək nizamı tələb etdiyiniz müəllimin keçmədiyi dərslər niyə yadınıza düşmürdü? Bizim kollektivimiz rayonda tikilən müxtəlif obyektlərə dəfələrlə maddi və mənəvi yardımlar göstərmişdir. Eybi yoxdur, bizdən tutulan bir günlük əmək haqqı ilə Sizin yaranız sağalacaqsa, halal-xoşunuz olsun. Əgər bu yolla işiniz düzəlirsə, xahiş edirik ki, nümayəndələrinizi tez-tez göndərəsiniz”.