Zəvvarların axırıncı qrupu sabah Məkkəyə çatacaq

44

Oktyabrın 14-ə qədər zəvvarlar könüllü şəkildə müxtəlif ziyarətləri həyata keçirəcəklər

Təyyarədə baş verən texniki nasazlıq səbəbindən ötən gün Məkkəyə yola düşə bilməyən azərbaycanlı zəvvar qrupu artıq Səudiyyə Ərəbistanına çatıb. Qalan iki qrup isə sabah həcc ziyarətinə yola düşəcəklər. Məkkədə olan zəvvar qrupları ilk olaraq Ümrə, yəni kiçik həcc ziyarətini yerinə yetirəcəklər. Əsas həcc ziyarəti başlayana qədər, yəni oktyabrın 14-ə kimi isə zəvvarlar könüllü şəkildə müxtəlif ziyarətləri həyata keçirəcəklər.

Həcc missiyasnın üzvü Vüsal Cahangirinin sözlərinə görə, hazırda 38-40 dərəcə tempetartun müşahidə olunduğu Məkkədə azərbaycanlı zəvvarların səhhətində hələki heç bir problem yaranmayıb. Burada azərbaycanlı zəvvarlar 2 müxtəlif dərəcəli hotellərdə qalırlar. Bu hotellər Kəbədən 3-4 km aralıda yerləşir. Zəvvarları Kəbəyə aparmaq üçün bir neçə avtobus da ayrılıb. Üzərində Azərbaycan bayrağı və Azərbaycan Həcc missiyasının nişanları yapışdırılmış bu avtobuslar mütəmadi olaraq gün ərzində fəaliyyət göstərirlər.

Həcc ziyarətinin 3 fərzindən ən vacibi olan Ərəfat ziyarəti bayramdan bir gün əvvəl yerinə yetiriləcək. Ərəfə günü Vəqfə duasından sonra zəvvarlar günorta namazlarını qılıb, şeytana daş atmağa gedəcəklər. Bu il şeytana daş atma mərasimində əvvəlki illərdə olduğu kimi izdihamın yaşanmaması üçün tədbirlər görülüb. Ərəfat Vəqfəsi və şeytana daş atılmasından sonra Mina dağında şükür qurbanları kəsiləcək.