Zahid Oruc İlham Əliyevi təbrik etdi

 

54

Prezidentliyə namizəd Zahid Oruc Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrini hüquqi əsas kimi götürərək, ölkə Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib və ona can sağlığı diləyib.

Bu haqda Xalq.az Gün.az istinadən xəbər veri ki ,  Z.Oruc bildirib ki, 9 oktyabr tarixində  Azərbaycan seçiciləri qarşıdakı 5 il üçün öz seçimlərini edərək, böyük səs çoxluğu ilə İ.Əliyevi növbəti müddətə ölkə Prezidenti seçiblər.

Bunu Heydər Əliyev ideallarının uğuru kimi qiymətləndirən Z.Oruc seçkilərin nəticələrinin milli iradənin təntənəsi olduğunu qeyd edərək, seçkilərin yekununu tanıdığını bəyan edib.

Prezidentliyə namizəd  bunu bütövlükdə Azərbaycan xalqının nailiyyəti kimi xarakterizə edib.

Sonra bütün namizədləri seçkilərin nəticələrini tanımağa dəvət edən prezidentliyə namizəd əmindir ki, bundan sonra  millətimiz içərisində həmrəylik daha da güclənəcək və bu seçkilər ölkəmizin həyatında mühüm bir mərhələyə çevriləcək.

O, sonda bir daha yeni prezidentə uğurlar diləyib.