Zakir Qaralovdan təyinat

zakir Qaralov-1

Azərbaycan prokurorluq orqanlarında yeni təyinat olub.    Baş Prokurorluğun mətbuat xidmətindən Xalq.az-a verilən məlumata gör, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə baş ədliyyə müşaviri Nurəli Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. N. Məmmədov buna qədər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mütəxəssislər qrupuna rəhbərlik edib