Zaqatalada ana və üç yaşlı övladı itkin düşüb

Ana

Zaqatalada gənc ana üç yaşlı övladı ilə birgə itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə rayon polis şöbəsinə itkin gəlinin anası, Car kənd sakini Samirat Qarayeva avqustun 14-də məlumat verib.

Samirat Qarayeva rayonun Çökək kəndində ərdə olan qızı 23 yaşlı Ruqiyyət Quliyeva və onun azyaşlı övladı 3 yaşlı Üneysət Quliyavanın avqust ayının 12-i tarixində yaşadığı evdən nəməlum istiqamətə gedərək bir daha geri qayıtmadığını müraciətində qeyd edib.

Avqust ayının 14-dən Zaqatala rayon Polis Şöbəsi Ruqiyyət Quliyeva və onun azyaşlı övladı 3 yaşlı Üneysət Quliyavanın axtarışlarına başlanılsada hələlik axtarışlar bir nəticə verməyib.

İtkin düşən gəlinin anası Samirat Qarayeva qızının ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Fedarasiyasının Perm şəhərində yaşadığını deyib. Rövşən Quliyev hazırda da Perm şəhərindədir.

İtkin ana və balanın axtarışları davam edir.