1200 girov azad edildi

Ukraina

Ukraynada atəşkəs elan olunandan sonra separatçılar 1200 əsiri Kiyevə verib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə ölkəsinin şərqinə gedən Ukrayna prezidenti Petro Poroşenko danışıb.

Onun sözlərinə görə, əsirlərin mübadiləsi davam edəcək.

“Biz 1200 girovu azad etməyi bacardıq. Əsirlərin geri alınması davam edəcək”.

Ukrayna prezidenti Mariupolda bir sıra sənaye müəssisələrinə baş çəkib və vətəndaşlarla görüşüb.