Olimpiya çempionumuza qarşı şok iddia

Gules

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin olimpiya oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Teymur Məmmədovla bağlı Rusiya mətbuatında xoşagəlməz iddia yer alıb.

XALQ.AZ-ın məlumatına görə, güləş üzrə beynəlxalq dərəcəli hakim, Belçikanın “Raeren 2006” klubunun vitse-prezidenti İsa Qambulatov Beynəlxalq Güləş Federasiyasına məktub ünvanlayıb.

Məktubda olimpiya oyunlarında iştirak edən bir neçə güləşçinin, həmçinin Teymur Məmmədovun yaşını azaltdığı iddia olunur. Qambulatov olimpiya oyunlarına təxminən 2 ay qalmış – iyunun 22-də bildirib ki, yeniyetmələr arasında 2013-cü ilin Avropa birincisi, Azərbaycan yığmasının üzvü Teymur Məmmədov əslində 1991-ci il təvəllüdlü, Saxa-Yakutiyada doğulan, tanınmış mütəxəssis İnnokenti Koçkinin rəhbərliyi altında 3 saylı idman məktəbində məşq etmiş Timur Məmmədovdu.

Onun sözlərinə görə, Məmmədov 2008-ci ildə yeniyetmələr arasında “Asiyanın uşaqları” turnirinin qalibi, elə həmin ildə Rusiya birinciliyində 3-cü, 2011-ci ildə isə tələbələr arasında mükafatçı olub. Sonra isə Teymur tarixi vətəni Azərbaycana üz tutub.