Zelenski Ərdoğanla GÖRÜŞƏCƏK – Sabah

Ukrayna Prezidenti Volodimir Zelenskinin sabah, iyulun 7-də Türkiyəyə səfər edəcək.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı müzakirə olunacaq məsələlər açıqlanıb.Səfər çərçivəsində İstanbulda iki ölkə liderləri arasında təkbətək və geniştərkibli görüş olacaq.

V.Zelenski və R.T.Ərdoğan Ukrayna müharibəsi ilə bağlı son durumu və “Taxıl sazişi”ni müzakirə edəcəklər.

 

“TRT Haber”