Zelenski gürcü səfiri Kiyevdən qovdu

Ukrayna hakimiyyəti tərəfindən respublikanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə əlaqədar ölkəni tərk etmək əmri verilən Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili artıq Tbilisiyə yollanır. 

Bu barədə Gürcüstanın İnterpressnews xəbər agentliyi respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Diplomatın Gürcüstana nə vaxt gələcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Saakaşvili Tbilisi şəhər məhkəməsinin 2007-ci ildə mitinqin xəstəxanadan dağıdılması işi üzrə videobağlantı vasitəsilə iclasında iştirak edib. Videoda eks-prezidentin arıq bədən qurluşu hər kəsi şoka salıb. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə Ukrayna vətəndaşlığı olan Saakaşvili məsələsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Gürcüstan səfirinə zəng edərək ona 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb. Gürcüstan Xarici İşlər Nazirliyi Kiyevin qərarını diplomatik münasibətlərin kəskinləşməsinin, eləcə də suveren dövlətin daxili işlərinə müdaxilənin ifrat forması adlandırıb.