Zelenski xanımı ilə fotosunu paylaşıb bu sözləri yazdı

Ukrayna Prezidenti Vladimir Zelenski xanımı Yelena Zelenskayanı ad günü münasibətilə təbrik edib

XALQ.AZ xəbər verir ki, dövlət başçısı öz instaqram hesabında həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotosunu paylaşaraq onun adını “tag” edib və xanımına bəslədiyi sevgidən bəhs edib.

“Sevmək. Heyran olmaq. Qürur duymaq. Uşaqların gözündə öz əksini görmək. Qayğı və dəstəyini hiss etmək. Həmişə ətrafında olduğunu bilərək sakit və inamlı olmaq. Xəbərlərə necə reaksiya verəcəyini təxmin etmək – xoş və ya xoşagəlməz. İlk görüşdəki kimi evdə görüşməyi gözləmək. Birlikdə gülüb kədərlənmək. Bax, bu insanın xoşbəxtliyidir. Ən azından mənim üçün. Çünki mənim xoşbəxtliyim sənsən.

Günün mübarək, sevgilim!

Hər sözə və hər baxışa, birlikdə atdığımız hər addıma görə təşəkkür edirəm. Hələ uzun yolumuz var. Qarşıda gözlənilməz dönüşlər və unudulmaz təəssüratlarla uzun bir yol var. Mən bundan məmnunam. Çünki mən səninlə dünyada hər şeyi edə bilərəm”, – deyə Zelenski qeyd edib.