Əhali bu dövlətin siyasətində razıdırsa, demək ki, idarəçilik də normal vəziyyətdədir

 

7

 

 

“Bu gün artıq hamı üçün bəllidir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ilə birgə dövlət idarəçilik təlimini də bizə bəxş edib. Heydər Əliyevin idarəçilik təlimi ilk növbədə xalqın milli iradəsinə söykənib. O dövlət dayanıqlı ola bilər ki, o dövlət qorunur. Bir dövlətdə ədalət yoxdursa, o dövlət ədalətli ola bilməz. Bu Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərdən biri idi”. AZADİNFORM xəbər verir ki, bu barədə Dövlət İdarəçilik Akademiyasında “İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)” kitabının təqdimat mərasimində çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, bir xalqın iradəsi hüquqi dövlət və qanunçuluğa söykənməlidir: “Ümummilli lider Heydər Əliyev demokratiya və siyasi plüralizm irəli sürdü. Onun əsas prinsiplərindən biri də effektli dövlət yaratmaq idi. Əhali bu dövlətin siyasətində razıdırsa, demək ki, idarəçilik də normal vəziyyətdədir”.

Əli Həsənov qeyd edib ki, bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasətini novatorluq səviyyəsində davam etdirir: “Təqdim olunan bu kitabda Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin son 5 illik dövrünün xronikası: rəsmi qəbul, xarici və regional səfərlərinin icmalı və təhlili, habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə çoxsaylı görüşləri, müxtəlif məruzə, nitq, çıxış və müsahibələri geniş və ətraflı şəkildə öz əksini tapıb”.