Əlillərə 4438 ədəd avtomobil verilib

Masin

“Bu günə qədər əlil olan şəxslərə 4438 ədəd avtomobil verilib”.

Xalq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib. O bildirib ki, eyni zamanda böyük vətən müharibəsi əlillərinə də 1023 ədəd avtomobil verilib.

Nazirlik rəsmisi qeyd edib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq yaxın gələcəkdə illərlə yığılıb qalan mənzil və avtomobil problemi də nazirlik tərəfindən öz həllini tapacaq.

Ünvanlı sosial yardımın artırılıb artırılmayacağı sualını da cavablandıran Çingiz Əliyev bunun ehtiyac meyyarından asılı olduğunu deyib:

“Ünvanlı sosial yardım bilirsiniz ki, ehtiyac meyarı ilə müəyyən olunur. Gələcək illərdən ehtiyac meyyarı artırılacağı təqdirdə ünvanlı sosial yardımın da artırılması mümkün ola bilər. Hazırda isə ehtiyac meyyarı 100 manat civarında müəyyən olunub”.