Qadının çantasından pul oğurlayan şəxs tutuldu

cib

Ötən gün M.Hadi küçəsində 46 saylı xətt avtobusunda Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Nikolay Miroşniçenko Esmiralda Sadıqovanın əl çantasından içərisində 360 manat olan pul kisəsini götürüb qaçıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs Xətai RPİ CAŞ, 34-cü PB və ÇPA-nin əməkdaşları tərəfindən tutulub.

Onun üzərinə baxış keçirilərkən 0,205 qram heroin götürülüb.