Ənvər Seyidəliyev qəbul keçirib

XALQ.AZ xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ülgüc kəndində vətəndaşları qəbul edib.

Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla  qarşılanır.

Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü  tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.

Görüşdə vətəndaşlar tərəfindən əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına, kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, məscidə təbii qazın verilməsinə köməklik göstərilməsi və bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.

Səyyar qəbulda Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov iştirak və çıxış edib.


 

 

Orxan