Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına Türkiyə istehsalı olan sürücüsüz avtobusla gedib.
XALQ.AZ -ın məlumatına görə, bu barədə prezident öz “Twitter” səhifəsində bildirib.
“Atak Electric” şirkətinin istehsalı olan 8 metr uzunluğunda elektroavtobus tam müstəqil şəkildə hərəkət edir.
R.T.Ərdoğan Prezident Sarayından Nazirlər Kabinetinədək olan məsafəni həmin avtobusla qət etdiyini deyib.
XALQ.AZ