Ərdoğanın qadın mühafizəçiləri (FOTO)

E-1

Türkiyənin baş naziri, prezidentliyə namizəd olan Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri marağa səbəb olub. XALQ.AZ-ın məlumatına görə, Ərdoğan cümə namazı qılmaq üçün Eyyub Sultan Məscidinə gedib. Bununla əlaqədar olaraq ətrafda ciddi təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik xidməti əməkdaşları arasında 4 qadın polis də olub.

Qadın polislər səliqəli və gözəl geyimləri ilə diqqət çəkiblər.

Onların məscid və türbə yaxınlığında xidmət etmə ehtimalı nəzərə alınaraq baş örtükləri də olub. Lakin qadınlar yaxınlıqdakı mağazalardan birinə girərək özlərinə yeni örtüklər alıblar.

Ərdoğan namaz qılan müddətdə qadın polislər xidməti maşının önündə gözləyiblər.

E-2

E-1

E-3