Nazir yeni rəislər təyin etdi

45

 

 

Ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin bir sıra əməkdaşlarını qəbul edərək, onların müvafiq rəhbər vəzifələrə təyin olunmaları barədə əmr imzalayıb. 

 

XALQ.AZ xəbər verir ki , bu barədə Penitensiar Xidmətin saytı məlumat yayıb.

Belə ki, ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı cəzaçəkmə müəssissəsinin, ədliyyə mayoru Elnur Nazim oğlu İsmayılov 3 saylı İstintaq təcridxanasının rəisləri vəzifəsinə, ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavinləri vəzifələrinə təyin olunublar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar müəssisəsinin Mühafizə taborunun komandiri təyin edilib.