“ARAZ” supermarketlərində vətəndaşlar niyə aldadılır-Saxta endirim!!!

“Araz” Supermarketlərində endirimlərdə saxtakarlıq edirilir. Kassa qiyməti ilə vitrin qiymətində alıcılar aldadılır.

XALQ.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş Vüqar Əlizadə yazıb. O bildirib ki, onu dəfələrlə sözügedən maeketdə qiymətdə aldadıblar:

“Şikayətim “Araz” Supermarketindəndir. Xırdalanda Kristal Abşeron 2 ilə üzbəüz filialda qiymətlərlə bağlı dəfələrlə şikayət etmişəm müdiriyyətə və məsul şəxslərə, bu gün yenə qiymətlərdə yanlışlıq olduğunu gördüm. Məsələn: Bağdan Albalı kompotunun vitrin qiyməti 1.70₼, kassa qiyməti 1.89₼, sırf bu məhsulun qiymətini 3 dəfə şikayət etmişəm, düzəltmirlər.

Çiyələyin qiymətinin 3.49₼ olduğu halda kassada 4.39₼ vurmuşdular, geri qaytardım və qiyməti düzəltməklərini tələb etdim. Endirim edirlər, kassada endirimsiz qiymətə vururlar, vaxtı keçmiş məhsul (şirniyyat) gördüm, iradımı bildirdim, bundan başqa da bir çox məhsulların qiymətinin yanlış olduğunu bilmirmişəm. Heç bir xeyri yoxdur, davam edirlər fırıldaqlıqlarına. Bunlara nəzarət edən bir qurum yoxdurmu?”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.