Bu, son illərdə verilmiş ən böyük əfv sərəncamlarından biridir

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 800 nəfər şəxsin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin bu gün imzaladığı Sərəncam Ulu Öndərimiz Heydər Əliyevin humanist ideyalarının reallaşmasının növbəti göstəricisidir. Bu həm də son illərdə verilmiş ən böyük əfv sərəncamlarından biridir”. Bu sözləri millət vəkili Jalə Əhmədova bildirib.
Onun sözlərinə görə, biz, həmişə cənab Prezidentin bu cür humanist addımlarının şahidi olmuşuq: “Dövlətimizin başçısı bu dəfə daha çox məhkumu sevindirib ki, bu da minlərlə insanın, onların ailə üzvlərinin və yaxınlarının sevinci, xoşbəxtliyi deməkdir. Buna görə Prezident İlham Əliyevə və Əfv Məsələləri Komissiyasına dərin təşəkkürümü bildirirəm”.