Bunun üçün bizim bütün imkanlarımız və alətlərimiz var

“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Həştərxan vilayəti arasında müasir ikitərəfli münasibətlərin əsasını qoyub”.
Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda İlham Əliyev atasının siyasətini böyük uğurla davam etdirir və münasibətləri yeni səviyyəyə çatdırır.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin dəfələrlə artırılması üçün yaxşı şərait var: “Bunun üçün bizim bütün imkanlarımız və alətlərimiz var”.

“İkinci perspektivli istiqamət investisiya və sənaye sahəsində əməkdaşlıqdır. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti Həştərxanın işgüzar dairələri üçün maraqlı ola bilər”, – o əlavə edib.