Deputatlar Sloveniyada-Fotolar

Mayın 3-5-də deputatlar Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev və Rafael Hüseynov və Elnur Allahverdiyev  birgə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sloveniyada, xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 105 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər .  Bunu XALQ.AZ-a Milli Məclisin üzvü Elnur Allahverdiyev bildirib .Tədbirin açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində keçirildi. Mehdi Hüseynzadənin qəhrəmanlığı haqqında məlumatlar onun ölümündən 13 il sonra cəmiyyətə açıqlanıb. Mixayloya “Sovet İttifaqı Qəhrəmanı” adı 1957-ci ildə verilib. Onun haqqında həqiqətlərin üzə çıxmasında və faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığın təbliğində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Prezident İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsi, daha sonra isə onun xatirəsinə muzey yaradılıb. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türkün birgə iştirakı ilə açılmış memorial muzey Mixaylonun Azərbaycan və Sloveniya arasında dostluğun rəmzi olduğunun göstəricisidir.
Sloveniya xalqı və rəsmiləri Mixaylonun uzaq bir ölkədən gələrək Sloveniyanın azadlığı uğrunda mübarizədə iştirakı və gənc ömrünü sloven xalqı naminə fəda etməsini olduqca yüksək qiymətləndirirlər. Bunu Mixaylonun xatirəsinə göstərilən həssaslıq və diqqətdən hiss etmək olar. Səfər çərçivəsində Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkdik, onun ömrünün son dəqiqələrini keçirdiyi ərazidə yerləşən xatirə lövhəsi önünə əklil qoyduq.
Trnovo Memorial Parkında İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə memorial lövhə ucaldılıb. Mehdi Hüseynzadə isə Çepovan məzarlığında dəfn olunub.

Həmçinin deputat qeyd edib ki, Sloveniyaya səfərimiz çərçivəsində Nova Qoritsa şəhərində olduq. Xarici işlər nazirinin müavini Xələf Xələfov, Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfirimiz Rövşən Sadıqbəyli, millət vəkilləri – Azərbaycan – Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ağalar Vəliyev və Rafael Hüseynov və Eınur Allahverdiyev  birgə şəhər bələdiyyəsində görüşlərdə iştirak ediblər .
Bundan əlavə, işçi qruplarımızın da görüşü keçirildi. Sloveniya Milli Assambleyasının dostluq qrupuna rəhbərlik edən cənab Boyan Çebela və sloveniyalı həmkarlarımızla məhsuldar müzakirələrimiz olub.