2024-cü ilin sonunadək Qarabağda erməni hərbçi olmayacaq – İDDİA

Qarabağda 10 min erməni hərbçisi var. Onların tərki-silah olunması üçün Rusiyanın siyasi rəhbərliyinin razılığı olmalıdır. Hazırda bu istiqamətdə danışıqlar gedir. Rəsmi Bakı üçtərəfli sənədin 4-cü bəndinin icrasını tələb edir. Həmin bəndə əsasən rus əsgəri olduğu yerdə erməni silahlısı qalmamalıdır. Amma Kreml hərbi varlığını uzatmaq üçün qondarma rejimin tabeliyindəki erməni hərbçilərini bölgədən çıxarmır. Əldə etdiyimiz məlumata görə, Bakı Moskva qarşısında problemin həllini qoyub. İddialara görə, 2024-ci ilin sonuna qədər Qarabağda erməni hərbçi olmayacaq.