YAP Parlament seçkilərinə hazırlaşır

“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”.

XALQ.AZ  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır.

“Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk”, – deyə T.Budaqov qeyd edib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə gün əvvəl verdiyi açıqlamada noyabrın əvvəli keçirilməli olan parlament seçkilərinin vaxtının irəli çəkiləcəyini bildirmişdi.