İltizam Yusifov Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin deputatı İltizam Yusifov X Neva Beynəlxalq Ekoloji Forumunda iştirak etmək üçün mayın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Ekoloji Konqres çərçivəsində yüzilliyin yeni iqlim çağırışları, ekoloji turizmin vəziyyəti və perspektivləri, meşə resurslarının idarə olunması, Arktika və Antarktikanın ekologiyasının qorunması, su ehtiyatlarının  ekoloji sağlamlaşdırılması və səmərəli istifadəsi kimi məsələlərə həsr olunmuş dəyirmi masalar keçiriləcək.

Səfər mayın 27-də başa çatacaq.