Yasamal rayonunun ictimaiyyəti 28 may gününü qeyd edir

Bu gün Yasamal rayonunun ictimaiyyəti 28 May Müstəqillik gününü təntənəli şəkildə qeyd edib. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, Yasamal rayonu ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə məruzə ilə çıxış edən millət vəkili Anar İsgəndərov bildirdi ki, 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə əbədi həkk olunub. Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən öncəki tarixi olaylar barədə geniş məlumat verdi. Millət vəkili o zaman ölkədə və beynəlxalq aləmdə durum barədə də danışdı. Qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışıyla ölkəmizdə bütün sahələrdə əsl dönüş yarandı. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər yaradıb.Bu gün isə biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müstəqilliyi qoruyur və inkişaf etdiririk. Tədbir İncəsənət gimnaziyası tələbələrinin ifasında bədii hissə ilə başa çatdı.

Bir 13 nəfər şəkili ola bilərBir 3 nəfər və platforma şəkili ola bilər