Deputat: “Qonaqların səfəri davam edir”

May ayının 22-də Milli Məclisin sədri Sahibə xanım Qafarova ölkəmizdə səfərdə olan Litva seyminin vitse-spikeri Yonas Yarutisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev:
“Qonaqları salamlayan Milli Məclisin sədri ölkəmizə gəldikləri üçün təşəkkürlərini çatdırdı. Azərbaycan-litva münasibətlərinin hazırki vəziyyətinin yüksək səviyyədə olduğunu bildirdi.
Hörmətli Sahibə xanım, 44 günlük müharibədən sonra yaranmış vəziyyət, sülh müqaviləsinin imzalanmasında Ermənistanın destruktiv mövqeyi, minalardan təmizləmə işləri, Qarabağda həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, tikinti-bərpa işləri, Avropa İttifaqının enerji təhlükəsizliyində, nəqliyyat-logistika sahəsində Azərbaycanın rolu, Prezident İlham Əliyevin apardığı çox vektorlu siyasət və s. məsələlər barədə ətraflı məlumat verdi. Dövlətlər arası münasibətlərdə parlamentlərin rolunun əhəmiyyətindən danışdı və ötən il Baltikyanı ölkələrə səfərini xatırlatdı.
Sonra Litva seyminin iqtisadiyyat və büdcə komitəsinin sədri, Azərbaycanla dostluq qrupunun rəhbəri Kazis Starkeviçin qaldırdığı məsələləri nəzarətə götürəcəyini bildirdi.
Görüş dostluq şəraitində, pozitiv ruhda keçdi.
Qonaqların səfəri davam edir. Bu gün səhər təyyarə ilə Zəngilana yola düşdülər.”- Deputat dedi.