Jalə Əliyeva vətəndaşların problemlərini həll etdi

Milli Məclisin deputatı Jalə Əliyeva, Rayon icra hakimiyyətinin məsul şəxsləri, ƏƏSMN-nin Zərdab şəhər şöbəsinin məsul şəxsi Nuridə Məmmədova və Millət vəkilinin köməkçisi Firdosi Eyvazovla birlikdə növbəti dəfə vətəndaşların qəbulu keçirilib.

Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş zamanı seçki dairəsinə daxil olan rayon sakinləri iştirak ediblər. Vətəndaşların qəbulu zamanı seçicilərlə fərdi qaydada görüşən deputat Jalə Əliyeva onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər,mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub.

Müraciətlərin çox hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Millət vəkili Jalə Əliyevaya təşəkkür ediblər.