3 millət vəkili qovuldu

92

 

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında Mərkəzi Yüksək Qurumun toplantısı başa çatıb. Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, 3 millət vəkili – İzmirdən Ərtoğrul Günay, Ərdal Kalkan və Ankardan Haluk Özdağ partiya sıralarından xaric edilib.

Partiyadan yayılan yazılı açıqlamada bildirilib ki, adları çəkilən deputatlar son zamanlar təşkilatın nizamnaməsinə, təməl prinsiplərin qarşı çıxıb, hökumətin fəaliyyətini zidd davranıb:«Hökumətimizi zəiflədən, təhqir edən yazılı və şifahi bəyanatlar verdikləri üçün partiyadan çıxarılmaları ilə bağlı Mərkəzi Yüksək Qurum Mərkəzi Nəzarət -Təftiş Komitəsinə müraciət edib».