Bu gün Milli Məclisin ən gənc deputatı, parlamentin İdman və Gənclər komitəsinin üzvü Mahir Süleymanlının doğum günüdür. O, 30 yaşını parlamentin plenar iclasında qeyd edir.

Yubiley yaşını deputat  ailəsi və övladları ilə birlikdə qeyd edəcəyini bildirib.

“Valideynlərim, həyat yoldaşım, yaxınlarım, deputat həmkarlarım təbrik ediblər və təbriklər gəlməkdə davam edir. Hamısına təşəkkür edirəm. Hər yaşın öz gözəlliyi var təbii ki, hər yeni yaş insanı bir az da kamilləşdirir, ümid edirəm ki, bundan sonra da hər zaman həm dövlətimizin həm xalqımızın uğurları bol olar“, – o, ad günü təəsüralarını belə danışıb.

1419640

 

Parlamentin ən gənc deputatı olaraq qocaman həmkarı ilə əlaqələri barədə sualımıza Mahir Süleymanlı belə cavab verib: “Parlamentin deputatı olaraq ilk doğum günümdür, bütün qocaman deputatlara böyük hörmətim var, onların hər biri məktəbdir və hər birindən də siyasi olaraq nələrsə öyrənirəm. Yaşlı deputatlarımız arasında da dostluq etdiyim həmkarlarım var, lakin, ad çəkmək doğru olmaz, hər birinə cansağlığı arzulayıram”.

Qeyd edək ki, Mahir Süleymanlı 1995-ci il fevralın 25-də Bakı şəhərində anadan olub.

2000–2011-ci illərdə Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli orta məktəbdə təhsil alıb.  2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 2015-ci ildə bu ali məktədə bakalavr təhsilini uğurla başa vurub.

2015–2016-cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra ixtisas biliklərini daha da dərinləşdirmək üçün ali təhsilini ikinci pillə üzrə davam etdirərək, 2016–2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq, insan hüquqları ixtisası üzrə magistr təhsili alıb.

2018-ci ildən 2024-cü ilin sentyabr ayına qədər əmək fəaliyyətini Milli Məclisinin Aparatında davam etdirən Mahir Süleymanlı “İnzibati və hərbi qanunvericilik”, “Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik” və “İcra hakimiyyəti orqanları ilə əlaqələr” şöbələrində məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb. Dövlət qulluğu müşaviridir.

Mahir Süleymanlı həmçinin 2019–2022-ci illərdə YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin Siyasi Şurasının və İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərib.

1 sentyabr 2024-cü ildə VII çağırış Parlamentin növbədənkənar seçkilərində YAP tərəfindən 56 saylı Şabran-Xaçmazx seçki dairəsindən namizədliyi irəli sürülüb və seçicilərin yüksək etimadı ilə Parlamentə üzv seçilib. Hazırda Milli Məclisin ən gənc deputatıdır.Modern.az


media-ads728x90

Bənzər xəbərlər