60 hektar taxıl sahəsi yandı

Taxil

Hadisə Ağsu rayonunda baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumata görə, Ağsu rayonu, Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) 60 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.