Qırğız ixtiraçı dünyanın diqqətinə düşdü (VİDEO)

Bu “Raf” mikro avtobusunun istismar müddəti çoxdan başa çatsa da qırğızıstanlı ixtiraçı ondan faydalı istifadənin yolunu tapıb.
XALQ.AZ-ın məlumatına görə, Ernest İmanov mikro avtobusu mobil saunaya çevirərək ucqar kəndlərdə sakinlərə spa xidməti göstərir. İmanov mikro avtobusa soba və su çəlləyi yerləşdirib, hamam suyunu isə çaydan doldurub isidir. Qırğız ixtiraçının dediyinə görə, “dördçarxlı sauna” dincini çıxarmağa və təmizlənməyə çalışan çobanlar arasında xüsusi məşhurdur.

Mobil saunanı icad edən Ernest İmanov deyir ki, “Mən gələn kimi yerli camaat uzun növbəyə durdu, ona görə ki, hamı saunada çimmək istəyir, ancaq təəsüflər olsun ki, hamıya xidmət göstərməyə vaxtım yoxdur”.

İmanov hamamı elə qurub ki, su bir neçə dəqiqəyə qızaraq hazır vəziyyətə gəlir. Mobil saunadan istifadəyə görə, müştərilər 1 dollara yaxın pul verir.

Statistikaya görə, Qırğızıstanın əhalisinin üçdə biri yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır, buna baxmayaraq, İmanov biznesini genişləndirərək, yeni dördçarx hamamlar istifadəyə verməyi planlaşdırır.