60 yaşlı qadın itkin düşdü

Qadin

Nəsimi rayonunda xəstə qadın itkin düşüb.

XALQ.AZ-ın məlumatına görə, 60 yaşlı Lyubov Vasilyevna Rəhimova avqustun 18-də evdən çıxıb, geri qayıtmayıb.

Lyuvov Rəhimova yaddaşsızlıqdan əziyyət çəkir. Hara getdiyini və harada olduğunu xatırlamır.

Onu görənlərdən və xatirlayanlardan, barəsində hər hansı məlumatı olan şəxslərdən xahiş olunur ki, aşağıdakı nömrələrlə əlaqə saxlasın:

(055) 709-30-04 Lala (qızı) və (055) 713-23-92 (Tofiq)