Tovuzda sürücü həlak oldu

Kamaz-1

Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən ağır yol nəqliyyat qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza Tovuzun Aşağı Quşçu kəndi ərazisində baş verib.

“Kamaz” markalı yük maşını ilə “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü həlak olub.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.