78 yaşlı kişi tut ağacından qorxur

Tut

Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əvəz Verdiyev küçəsi, ev 24-də yaşayan Soltan Soltanuvun tək dərdi var, o da yaşadığı evin önündəki tut ağacının təhlükəli vəziyyətdə olmasıdır.

XALQ.AZ-ın məlumatına görə, 78 yaşlı Soltan deyir ki, 20 ildir ki, bu evdə yaşayır. Yaşadığı müddətdə tut ağacı hər külək əsdiyində onun evinin damını uçurub. Çarəsiz qalan qoca ömrünün bu ahıl çağında məcbur olub ağacı budayıb. Bundan başqa ağacın budağı, hətta elektrik naqillərinə toxunduğundan yağış yağarkən təhlükəli vəziyyət ortaya çıxır. Ev sahibi deyir ki, o bununla bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertizia idarəsinə də müraciət edib . Tut ağacının budanmasına dair ekspetriziya idarəsi rəy verib. Ancaq indiyə kimi hələ də sözügedən ağac budanmayıb.

Sözügedən ünvanda tut ağacının budanmamasının səbəblərini elə Bakı şəhər yaşıllaşdırma və bitkilərin mühafizəsi idarəsinin rəsi müavini Nurəddin Rzayev tezliklə həmin ünvanda təhlükənin aradan qaldırılacağına bizi əmin etdi.