ABŞ səfiri geri cağrıldı

 

16

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın ölkədən gedəcəyi haqda xəbərlər reallaşmağa başlayır. 

Belə ki, daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyindən Azərbaycanın ictimai-siyasi fəallarının elektron ünvanlarına vida tədbirinə dəvətnamə gəlib.

Dəvətnamədə Riçard Morninqstar və xanımının imzası qeyd olunub. Vida mərasiminin adı son günlər qalmaqallarda hallanan səfirin şərəfinə təşkil olunacağı ehtimal edilir. Qeyd edək ki, ABŞ səfiri bir neçə gündür ki, tənqidləri ilə medianın gündəmindədir. İnterpress.az