Abşeronda dələduzluq

“Abşeron A-1” tikinti şirkəti məhkəməyə verilib. Tribunainfo.az-ın xəbərinə görə, vətəndaş Həsənova Adilə Musa qızı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələri aydınlaşdırmaq üçün Abşeron rayon Məhkəməsinə müraciət edib. İyulun 25-də hakim Elman Məmmədov prosesə sədrlik edib. Lakin həmin MTK ilk dəfə deyil ki, medianın gündəminə gəlir. Mətbuatda bu MTK barədində onlarla vətəndaş şikayəti var ki, bunların da əksəriyyətini tikinti şirkətinin vətəndaşların ödənişi tam etməsinə baxmayaraq onları mənzillə təmin etməsindən imtinasıdır. “Abşeron A1” MTK-nın son belə dələduzluğu ilə Ucar sakini Hikmət Nüsrət oğlu Rəhimov üzləşib.
Bir müddət əvvəl “Abşeron A1” MTK demək olar ki, eyni üsulla ödənişini tam halda etmiş Əliyev Axund Nəsrəddin oğluna da Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədəki 14 saylı 2 otaqlı sahəsi 90,25 kv.m mənzili verməkdən boyun qaçırmışdır. O zaman da şirkət məhkəmələr yolu ilə vaxt udmağa çalışça da bütün məhkəmələrdə iddialarına rədd cavabı verilmişdir.
Məsələ ilə bağlı apardığımız araşdırma da o da məlum oldu ki, müqavilədə “Abşeron A1” kimi qeydə alınan MTK Vergilər Nazirliyində həm də “Kooperativ” adı ilə qeydiyyatdadır. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi isə Dadaşov Əbülfət Ələsgər oğludur. “Abşeron A1” MTK-nın sahibi Ağamoğlan Duman oğlu Ağayevin 3100676461 nömrəli VÖEN şahadətnaməsi ilə Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırıldığı da bəlli olub.
Burada bir məqam da var – rayonun dövlət hakimiyyəti olan rəhbərləri, bu dələduzlara qarşı mübarizə əvzinə onların dəyirmanına su axıdır və “Abşeron A1” MTK-ya yeni binaların inşaasına cərəncam və icazə verir. İcra Hkimiyyətinin rəhbəri və aidiyyatı olanlar “Abşeron A1” MTK təsisçilərini çağırıb soruşmur ki, “biz dövlət olaraq , vətəndaşlara qayğı və xidmət etmək məqsədi ilə, sizə binaların inşaasına cərəncam və icazə veririk, siz isə vətəndaşlara qarşı dələduzluq edirsiniz”. Bu səbəblə sizin binaların tikilişinə lisenziyanız dayandırılır! O vaxta qədr ki, vətəndaşların haqqını qaytarasınız. Amma Abşeronun icra başçısı Abdin Fərzəliyevi bu məsələ maraqlandırmır.
Ümumiyyətlə, bu şirkətdən şikayətlər internet resurslarında “n” qədərdir. Yazıçı Rövşən Yerfi də aldadılıb. Abşerondakı adı həmişə qalmaqalla çəkilən “Proqres 2016” firmasından guya ona mənzil veriləcəyi vəd olunub, o da yalan çıxıb. Yəni “Abşeron A-1” və rəhbəri başa bəladır…