İcra başçısı məhkəməyə verildi

Paytaxtın Sabunçu rayon İcra Hakimiyyəti məhkəməyə verilib. İşə iyulun 25-də Ali Məhkəmədə hakim İlqar Hüseynov baxıb. Buna səbəb vətəndaş Babayev Əflan Davaxan oğlunun iddia qaldırmasıdır. O, inzibati orqanların və aktların hərəkətsizliyindən şikayətçidir. Qeyd edək ki, rayona Adil Vəliyev rəhbərlik edir.